Qol.Az

İbrahimoviç “MY”nin tədbirinə qatılmadı


 

İbrahimoviç “MY”nin tədbirinə qatılmadı

Dünən “Mançester Yunayted” klubun bu mövsüm üçün ən yaxşı futbolçularının mükafatlandırma mərasimini keçirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, mərasimdə “MY”nin demək olar bütün futbolçuları iştirak edib. Zlatan İbrahimoviç isə tədbirə qatılmayıb.

Qeyd edək ki, bu həftə ayağından əməliyyat olunan isveçli oyunçu ABŞ-dan birbaşa vətəninə qayıdıb.

Əlavə edək ki, cari mövsüm “MY”də ən yaxşı qolun müəllifi Henrix Mxitaryan, ən yaxşı oyunçular isə Antonio Valensiya (futbolçular arasındakı sorğuda) və Ander Errera (azarkeşlərin rəyinə əsasən) olublar.

 





19.05.2017    çap et  çap et