Qol.Az

Çempionlar Liqasından həftənin ən yaxşısı kim olacaq?


 

Çempionlar Liqasından həftənin ən yaxşısı kim olacaq?

Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, namizədlər arasında Kilian Mbappe ("Monako"), Xuan Kuadrado ("Yuventus"), Aryen Robben ("Bavariya") və Ceymi Vardi ("Lester") yer alıb.

Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə cavab qarşılaşmasında het-trikə imza atan "Real"ın hücumçusu Kriştiano Ronaldo namizədlar arasına daxil edilməyib.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.

 





20.04.2017    çap et  çap et