Qol.Az

"Bir xala çox ümid edirdik" - Cavid Hüseynov


 

"Bir xala çox ümid edirdik" - <b style="color:red"> Cavid Hüseynov</b>

Milli komandamızın üzvü  Cavid Hüseynov DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə keçirilən oyundan (1:4) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə  jurnalistlərin suallarını cavablandırıb. "Qəbələ"nin kapitanı əvvəlcə görüş haqda fikirlərini bildirib.

- Aydın məsələdir ki, Almaniya yığması çox güclüdür. Əlimizdən gələn hər şeyi etdik. Təəssüflər olsun ki, məğlub olduq. Ən azından bir xal üçün çox ümidli idik. Öz səhvlərimizin nəticəsində qapımızda asan qollar gördük.

- Qeyd etdiyin kobud səhvlər olmasaydı, bir xal qazanmaq mümkün olardı?

- Bəli, bu, mümkün idi. Rəqib sadə futbol oynayır. Sadəcə, onlar çox güclüdür. İstədiyi zaman hücumun sonluğunu qolla bitirə bilirdi.

- Uzun müddətdən sonra milli komandanın heyətində rəsmi oyuna çıxdın. Hansı hissləri keçirirsən?

- Yığmanın formasını geyinmək mənim üçün hər zaman şərəfdir. Əlimdən gələnin ən yaxşısını edib komandaya fayda verməyə çalışacam

- DÇ-2018-in seçmə mərhələsində 5 oyuna 7 xal toplamısınız. Şanslarınızı necə dəyərləndirirsən?

- Qrupdan çıxmaq istəyiriksə, Şimali İrlandiya ilə oyunda ancaq qələbə qazanmalıyıq.

- Bu gün stadionda anşlaq idi. Atmosferi necə qiymətləndirirsən?

- Çox gözəl atmosfer var idi. Buna görə azarkeşlərimizə təşəkkür edirəm. Onlar komandamızı sona qədər dəstəklədilər. Bizim də əlimizdən bu qədəri gəldi.

Məftun RƏSULZADƏ

 





27.03.2017    çap et  çap et