Qol.Az

"Müdafiə xəttində çatışmazlıq var" - Təbriz Həsənov


 

"Müdafiə xəttində çatışmazlıq var" - <b style="color:red">Təbriz Həsənov</b>

“Maraqlı oyun oldu. Birinci oyunumuzda olduğu kimi, xeyli qol epizodu yaratdıq. Təəssüf ki, yalnız 2 qol vura bildik. Müdafiə xəttində bir qədər çatışmazlıq var".

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Təbriz Həsənov Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirə turnirində Qazaxıstanla heç-heçə etdikləri oyundan (2:2) sonra deyib.

T.Həsənov bu turnirin onlar üçün əhəmiyyətli olduğunu bildirib:

"Səhvlərimizdən nəticə çıxarmalı, növbəti qarşılaşmalarda əvvəlki oyunlarla müqayisədə daha yaxşı futbol nümayiş etdirməliyik”.

 





11.01.2017    çap et  çap et