Azərbaycan taekvandosunun Olimpiya Oyunlarında ilk medalı (Şəkilllər)

Azərbaycan taekvandosunun Olimpiya Oyunlarında ilk medalı (Şəkilllər)
OLİMPİYA-2016 18 Avqust 2016 / 09:48 10233
-  A +

Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib.

Qol.az-ın məlumatına görə, 49 kq çəki dərəcəsində çıxış edən idmançımız Patimat Abakarova Rioda 1/8 finalda Tiyana Boqdanoviçlə (Serbiya) üz-üzə gəlib və 2:3 hesabı ilə uduzub.
 
Boqdanoviç finala kimi irəlilədiyinə görə, Abakarova təsəlliverici görüşlərdə mübarizə aparıb. Bürünc medal uğrunda onun ilk rəqibi Jinqyu Vu (Çin) olub. İdmançımız bu görüşdə 4:3 hesabı ilə qələbə qazanıb.
 
P. Abakarova bürünc medal yolundakı son rəqibi Yasmine Azeize (Fransa) olub. 7:2 hesabı ilə qalib gələn taekvondoçumuz bürünc medal qazanıb.

Bu, Azərbaycan taekvandoçuları olimpiya oyunları tarixində ilk medalı olub.












Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi