Rio-2016: boksçumuz 1/4 finalda

Rio-2016: boksçumuz 1/4 finalda
OLİMPİYA-2016 8 Avqust 2016 / 21:25 8336
-  A +

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks üzrə növbəti qarşılaşmalar keçirilib.

Qol.az-ın məlumatına görə, 91 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Abdulqadir Abdullayev rinqə çıxıb.Onun 1/8 final mərhələsində rəqibi Pol Omba Bionqolo  olub.
 
Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Rəqibinə ilk iki raundda şans verməyən Abdullayev daha sonra fransız idmançının zədələnməsi səbəbindən texniki nakautla qələbə qazanıb.

Avqustun 10-da növbəti döyüşünə çixacaq idmançımızın rəqibi özbəkistanlı Rustam Tulaganov olacaq.

Qeyd edək ki, yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur. Turnirdə 49 kiloqram çəkidə yarışan Rüfət Hüseynov ilk turda mübarizəni dayandırsa da, 81 kiloqramda çıxış edən Teymur Məmmədov Olimpiadaya qələbə ilə başlayıb.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi