Oleq Bloxin: "Bu, ədalətsizlikdi"

Oleq Bloxin: "Bu, ədalətsizlikdi"
AVRO-2012 12 İyun 2012 / 03:02 3531
-  A +

"İlk oyun hər zaman çətin keçir. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq. Rəqibin qoluna gəldikdə isə onlar "fair-play" qaydalarını pozdular. Nəticədə bizim futbolçular dayandı, rəqib isə qolunu vurdu. Bu, ədalətsizlikdi".

Qol.Az-ın məlumatına görə, bu sözləri Ukrayna millisinin baş məşqçisi Oleq Bloxin İsveçlə oyundan sonra (2:1) keçirilən mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis komandasından belə əzmkar oyun gözlədiyini bildirib: "Çox şadam ki, komandam oyunda dönüş yarada bildi. Biz taktiki sxemdə və sürətdə rəqibi üstələdik.

Komandamdan belə əzmkar oyun gözləyirdim. Şevçenkoya gəldikdə isə o, bir kapitan kimi öz işini gördü. Artıq bizim 3 xalımız var. Ancaq qrupun favoriti deyilik. Bununla belə, qrupdan çıxmaq üçün gözəl şans yaranıb. Artıq növbəti oyuna hazırlaşmalıyıq".


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi