Bu gün Qurban Qurbanovun ad günüdür

Bu gün Qurban Qurbanovun ad günüdür
XƏBƏR 13 Aprel 2011 / 12:15 2627
-  A +

Bu gün «Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.

Qol.Az-ın məlumatına görə, gənc mütəxəssisin 39 yaşı tamam olur.

Qurban Qurbanov 1972-ci il aprelin 13-də Zaqatalada anadan olub. Futbolun sirlərinə  Zaqatalanın “Daşqın” komandasında yiyələnib. Karyerası ərzində “Turan”, “Kür-Nur”, “Neftçi”, “Dinamo” (Stavropol), “Baltika” (Kalininqrad), “Fakel” (Voronej), “Volqar-Qazprom” və “İnter” klublarında çıxış edib.  Azərbaycan çempionu, ölkə kubokunun qalibi və çempionatın bombardiri olub.

2006-cı ildə “Neftçi” klubunda məşqçilik fəaliyyətinə başlayıb.

Qurbanovun məşqçi kimi ən böyük uğurları «Qarabağ»da çalışdığı dövrə təsadüf edib. Məhz onun rəhbərliyi altında «Qarabağ» dalbadal iki il Avropa Liqasının pley-off mərhələsinə qədər gəlib çıxa bilib.

Qol.Az saytının kollektivi doğum günü münasibətilə Qurban Qurbanovu təbrik edir, ona şəxsi həyatında və məşqçilik karyerasında yeni-yeni uğurlar arzulayır.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord