"Zədəm bir qədər ciddi idi. Dərində yerləşdiyi üçün sağalmağım uzun zaman aldı. Əsas odur ki, bundan sonra hər şey yaxşı olsun".
Bu fikirləri "Zirə"nin futbolçusu Ağabala Ramazanov deyib. Azərbaycan Premyer Liqasının son iki turunu buraxmış 27 yaşlı hücumçu artıq fərdi məşqlərə başladığını və yaxın vaxtlarda kollektiv çalışmalara start verəcəyini vurğulayıb.
Komandasının çıxışı barədə danışan Ramazanov oyunlarının gündən-günə düzəldiyini söyləyib: "Yeni kollektivimiz bir-birinə öyrəşməkdədir, zamanla daha yaxşı olacaq. Bizə bir az vaxt lazımdır, çünki yeni yığılmış komandayıq. Heyətdə hər birimizi əvəzləyəcək oyunçu var, yoxluğum hiss olunmur".
Forvard zədə səbəbindən əsas heyətdəki yerini itirmə ehtimalına da toxunub: "İlk olaraq, özümə gəlməliyəm. Bunun üçün zaman lazımdır. Sonra isə məşqlərdə özümü yaxşı tərəfdən göstərməli və baş məşqçinin etimadını qazanmalıyam".
Ramazanov UEFA Millətlər Liqasında ilk iki turun Lüksemburq (1:2) və Kiprlə (1:0) görüşləri üçün Azərbaycan yığmasının heyətinə cəlb edilməyib. Futbolçu toplanışa çağırılmamasında hansısa səbəb görmədiyini vurğulayıb. O, millinin hər iki qarşılaşmadakı çıxışlarını da dəyərləndirib: "Futbolçular ilk görüşdə həyəcanlı idilər. Bu səbəbdən, oyunları alınmadı. Kiprdə isə yaxşı oyunla qələbə qazandılar. Növbəti turda Monteneqro səfərində də yaxşı nəticəyə ümid etmək lazımdır. Milliyə dəvət alıb-almayacağımı zaman göstərəcək. Bu günədək hər oyunda canımı qoymuşam. Nə vaxt çağırılsam, yenə elə edəcəyəm".
Qeyd edək ki, Azərbaycan yığmasının Lüksemburq və Kiprlə oyunlar üçün heyəti avqustun 26-da açıqlanıb. Ağabala Ramazanov isə sentyabrın 12-də "Zirə"nin səfərdə "Səbail"i 2:1 hesabı ilə yendiyi Premyer Liqanın II tur matçından əvvəl məşqdə əzələsindən xəsarət alıb (Report).
"Nəticə bizi məyus etdi”
“Ayaqlarım imkan verdiyi müddətcə oynamağa davam edəcəyəm”
Hələlik ən çox qol vuran futbolçu odur
Dembele yenidən zədələndi
"Sumqayıt"ın 3 qollu qələbəsi - Video
"Hakimlik haqda danışmağı xoşlamıram" - Saşa İliç
“Barselona”nın sabiq futbolçusu BƏƏ klubuna keçdi
"Çempionat hamı üçün ağırdır" - Elmar Baxşıyev
"Sumqayıt" və “Turan Tovuz”dan qələbə
“İnter” səfərdə minimal hesablı qələbə qazandı
Tovuz stadionunun yenilənmiş meydançasında 3 qol - Video
Premyer Liqa klubu baş məşqçini istefaya göndərdi
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər
Ştegen noyabrın sonunadək meydana qayıda bilər
Qrizmann La Liqanın tarixinə düşdü
Tovuzda heyətlər açıqlandı
Azərbaycan millisinin İslamiada üçün heyəti bilindi
Yamal sevgilisindən ayrılıb
Ötən gecə zədələnən Arda Gülerin durumu necədir?
"Qarabağ"ın rəqibi hücumçusunu itirdi
Ronaldodan sonra Mbappe də bacardı
Ronaldonun dublu qələbə qazandırdı
"Real" rəqibini belə darmadağın etdi - Video
“Müdafiədə daha yaxşı oynamalıyıq” - “Çelsi”nin baş məşqçisi
“Qarabağ”la oyun öncəsi qələbə qazandılar
161 gün sonra yenidən Tovuzda!
"Qalatasaray" "Trabzonspor"la bərabərə qaldı
"Bavariya" "Bayer"ə böyük hesabla qalib gəldi
“Din mövzusuna toxunmağım doğru deyildi”
Təkbaşına düz 18 min 227 dəfə mərc edib…
“Həmişə Yamalı müdafiə edəcəyəm”
“Pedirinin zədəsi bizi çətin vəziyyətə saldı”
Azərbaycan cüdoçusundan növbəti qızıl medal
"Atletiko" "Sevilya"nı məğlub etdi
“Mançester Yunayted” heç-heçəyə razılaşdı
Misli Premyer Liqasında 1 oyunda 6 qol - Video
Konqo millisinin üzvü Azərbaycan klubuna transfer olundu
Samir Abasov: "Qələbə elə şeydir ki, çox şeyə göz yumursan"
“Vilyareal” rəqibini darmadağın etdi
“Neftçi”dən 5, “Zirə”dən 3 qollu qələbə
“Zirə”nin qələbəsi - Video