“Qarabağ” Azərbaycan çempionatlarında 50-ci ev məğlubiyyətini alıb.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın 3-cü turunun “Neftçi” ilə matçına təsadüf edib.
Ağdam klubu ev oyununda 1:2 uduzub. Bu qarşılaşmayadək öz meydanında keçirdiyi 393 görüşdə 49 dəfə xalsız qalan “Qarabağ” yubiley məğlubiyyətinə üzülüb.
Bununla həm də "Qarabağ"ın 10 matçdan ibarət məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Qurban Qurbanovun komandası sonuncu dəfə ötən il noyabrın 22-də “Sumqayıt”la səfər qarşılaşmasında uduzub – 1:2. Son çempion dekabrın 6-dan sonra ilk dəfə qol buraxıb. "Qarabağ" “Keşlə”ylə (2:2) matçdan sonra ardıcıl 8 quru oyun keçirib.
“Qarabağ”ın həm də evdəki məğlubiyyətsizliyi sona çatıb. “Səbail”lə qarşılaşmadakı texniki nəticəni nəzərə almasaq, komanda öz meydanındakı ardıcıl 24 matçda uduzmamışdı. "Qarabağ" sonuncu dəfə 868 gün öncə - 2018-ci il mayın 6-da “Neftçi”yə 0:1 hesabı ilə uduzub.
"Yuventus"da ciddi itki
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi