"Qarabağ" - "Sumqayıt" oyununda 6-cı qol, "Kəpəz" "Karvan-Yevlax"ı məğlub etdi - Yenilənir

"Qarabağ" - "Sumqayıt" oyununda 6-cı qol, "Kəpəz" "Karvan-Yevlax"ı məğlub etdi - Yenilənir
PREMYER LİQA 21 Noyabr 2025 / 20:53 10316
-  A +

Milli komandaların oyunları ilə bağlı Misli Premyer Liqasında yaranan fasilə başa çatıb.

QOL.az xəbər verir ki, bu gün çempionatda 2-ci dövrəyə - 12-ci tura start verilib.

İlk oyun günündə əvvəlcə "Karvan-Yevlax"  "Kəpəz"i qabul edib. Bölgə təmsilçisi bu turdan başlayaraq ev oyunlarını təmirdən çıxmış doğma arenasında keçirib. Beləliklə, 16 illk fasilədən sonra Premyer Liqa oyunlaırı Yevlaxa qayıdıb. Qarşılaşma "Kəpəz"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Gəncə təmsilçisi sonuncu yerdən qurtulub. Komanda "Karvan-Yevlax" və ehtiyatda bir oyunu olan "Qəbələ"ni qabaqlayaraq 10-cu pilləyə yüksəlib.

Günün digər matçında isə lider "Qarabağ" "Sumqayıt"ın qonağıdır. Bir oyun az keçirən "Qarabağ"ın hazırda 23, "Sumqayıt"ın isə 20 xalı var. Azarkeşlərin maraqla gözlədiyi görüşün start fiti saat 19:00-da verilib.

21 noyabr (cümə)

19:00. “Sumqayıt” – “Qarabağ” - 2:4 (İkinci hissə)

Qollar: Leandro Andrade, 6 (0:1), Höccət Haqverdi, 32 (1:1), Toral Bayramov, 42 (1:2), Abdullah Zubir, 63 (1:3), Nsana Simon, 83 (2:3), Aleksey Kaşuk, 90+3 (2:4)

Qırmızı vərəqə: Rayan Senhadji, 59 ("Sumqayıt")

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev

VAR: Kamal Umudlu

AVAR: Akif Əmirəli

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

14:00. “Karvan-Yevlax” – “Kəpəz” - 1:2 

Qollar: Luis Paçu, 14 (0:1), Araz Abdullayev, 31 (1:1), Rauf Hüseynli, 76-pen. (1:2)

Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli

VAR: Elçin Məsiyev

AVAR: Namiq Hüseynov

Yevlax şəhər stadionu

22 noyabr (şənbə)

15:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”

17:30. “Zirə” – “Qəbələ”

23 noyabr (bazar)

15:00. “Sabah” – “Şamaxı”

17:30. “Neftçi” – “İmişli”

Bombardirlər: 

Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol

Coy-Lens Mikels ("Sabah") - 6 qol

Bassala Sambu ("Neftçi") - 4 qol

Aleksandr Ramalinqom ("Sumqayıt") - 4 qol

 

Daha çox


Son xəbərlər