"Marsel"in futbolçusu İvaro Qonzales Fransa çempionatının 3-cü turunda PSJ-ə ilə matçda (1:0) rəqib oyunçulardan birini təhqir edib.
Qol.az "Get French Football News"a istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi Paris klubunun futbolçularından birinə "ağzını bağla, murdar meymun" deyib.
Görüşdən sonra Neymar "Tvitter" hesabından Qonzalesin bu sözləri məhz ona dediyini bildirib: "Yalnız o əclafın üzünə vurmadığım üçün peşmanam. VAR asanlıqla mənim hərəkətimi gördü. Bəs o irqçinin mənə meymun deməsi... Oyundan kənarlaşdırılan mən oldum. Bəs onlar?".
Qonzales isə Neymarın ittihamlarına komanda yoldaşları ilə bərabər paylaşdığı şəkilə bu sözləri yazaraq cavab verib: "İrqçiliyin futbolda yeri yoxdur. Mən və komanda yoldaşlarım təmiz bir karyeraya sahibik. Bəzən məğlubiyyəti də öyrənmək lazımdır. Mükəmməl bir qələbə qazandıq. "Marsel" ailəsinə təşəkkür edirəm".
Qeyd edək ki, Neymar sözügedən görüşdə Qonzalesin boynuna yumruq zərbəsi vurub və buna görə meydandan qovulub.
"Roma"dan yeni transfer
Salahdan tarixi rekord
Budapeşt zəfəri - Video
"Daha yaxşısını etmək olardı" - Elmar Baxşıyev
Budapeştdə “Qarabağ”a möhtəşəm dəstək - Şəkillər
"Zirə" "Araz-Naxçıvan"la bərabərə qaldı
"Qarabağ" "Ferensvaroş"la oyuna bu heyətlə çıxır
Mourinyo Neymarın "Fənərbaxça"ya mümkün keçidindən danışdı
"Bavariya"nın təklifini rədd etdi, "Çelsi"yə istəyir
Burak Yılmaz Superliqa klubunun baş məşqçisi təyin olundu
"Zirə" - "Araz-Naxçıvan": Heyətlər
Mane rəqibə zərbə vurdu, qırmızı vərəqə aldı - Şəkil
Erik Bayinin yeni klubu müəyyənləşdi
"Mançester Siti" yeni transferini icarəyə verdi
Azərbaycanlı futbolçu Albaniya klubuna keçdi - Rəsmi
"Bayer" "Sevilya"nın futbolçusu ilə razılaşdı
"Milan"ın futbolçusu Premyer Liqa klubuna keçir
"Barselona" formalarını təqdim etdi - Yenilənir
Azərbaycan - Ukrayna oyununun biletləri satışa çıxarıldı
Juninyo "Flamenqo"dan ayrılmağa yaxındır