Qurbanovun qolu "Samtrediya"ya bəs etmədi

Qurbanovun qolu "Samtrediya"ya bəs etmədi
XƏBƏR 14 Sentyabr 2020 / 00:20 3859
-  A +

Gürcüstan çempionatında 11-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun çıxış etdiyi “Samtrediya” öz meydanında Kutaisi “Torpedo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Nicat start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 64-cü dəqiqədə penaltidən Qurbanov vurub. Bununla da o, bu mövsüm vurduğu qolların sayını 4-ə çatdırıb.

Qeyd edək ki, 11 turdan sonra hesabında 9 xal olan “Samtrediya” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.


Son xəbərlər
15.05.24  12:50

Tovuzda master-klass