"Barselona"dan təzminat tələb edir

"Barselona"dan təzminat tələb edir
XƏBƏR 6 Sentyabr 2020 / 15:15 4655
-  A +

“Barselona”nın yollarını ayıracağı gözlənilən futbolçuları Arturo Vidal və Luis Suares klubdan müqaviləyə xitam vermək üçün ödəniş tələb edirlər.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, L.Suares Kataloniya təmsilçisinə onu komandanın heyətində saxlamaqdan imtina etdiyinə görə qəzəblidir. 33 yaşlı hücumçu müqaviləni ləğvi üçün klubdan 14 milyon avro təzminat istəyir.

Bundan əlavə Arturo Vidal da “Barselona”nı tərk etməyə hazırdır. Lakin 33 yaşlı yarımmüdafiəçi La Liqa təmsilçisindən müqaviləyə xitam veriləcəyi təqdirdə maaşının əlavə 1 il də ödənilməsini tələb edir.
 
Yeni baş məşqçi Ronald Kuman hər iki oyunçuya onları yeni mövsümdə  komandanın heyətində düşünmədiyini bildirmişdi. 

Qeyd edək ki, L.Suares “Yuventus”la, A.Vidal isə “İnter”lə razılaşıb.

Daha çox


Son xəbərlər