Ronaldonu arı sancıb - Xorvatiyaya qarşı oynamayacaq

Ronaldonu arı sancıb - Xorvatiyaya qarşı oynamayacaq
DÜNYA FUTBOLU 5 Sentyabr 2020 / 16:44 3013
-  A +

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun Millətlər Liqasının 1-ci turunda bu gün keçiriləcək Xorvatiya ilə görüşü buraxacağı dəqiqləşib.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Fernandu Santuş məlumat verib. Portuqaliyalı mütəxəssis bildirib ki, 35 yaşlı hücumçunu arı sancdığı üçün onun sağ ayaq barmağına infeksiya keçib: "Ronaldo yaxşı məşq etdi, amma çərşənbə günü  onu arı sancdığı üçün barmağının biri qızardı. İndi gözləməliyik. İnfeksiyadan müalicə üçün nə qədər vaxt lazım olduğunu bilmək olmur".

Qeyd edək ki, Portuqaliya - Xorvatiya görüşü saat 22:45-də başlayacaq.


Son xəbərlər