Rakitiç "Sevilya" ilə müqavilə imzaladı

Rakitiç "Sevilya" ilə müqavilə imzaladı
DÜNYA FUTBOLU 2 Sentyabr 2020 / 00:50 3677
-  A +

“Barselona”dan ayrılan İvan Rakitiçin “Sevilya”ya keçidi rəsmiləşib.
 
Qol.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Xorvatiyalı yarımmüdafiəçi ilə 2024-cü ilin yayınadək müqavilə imzalanıb. “Sevilya” bu keçid üçün “Barselona”ya 1,5 milyon avro təzminat ödəyib. Gələcəkdə Əndəlus təmsilçisi 9 milyon avro bonus da ödəməli olacaq.
 
Qeyd edək ki, 32 yaşlı Rakitiç 2011-2014-cü illərdə də "Sevilya"da çıxış edib. O, son altı ildə “Barselona”nın uğurları üçün çalışıb. Rakitiç Kataloniya təmsilçisində 310 oyuna çıxıb, 36 qol vurub.

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda