"Qəbələ" "Səbail"ə qalib gəldi

"Qəbələ" "Səbail"ə qalib gəldi
ÖLKƏ FUTBOLU 30 Avqust 2020 / 18:50 5450
-  A +

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını davam etdirir.
 
Qol.az xəbər verir ki, “qırmızı-qaralar” Bakıda təşkil olunan hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb.

Bakı Olimpiya Stadionunun ehtiyat meydanında "Səbail"lə keçirilən görüş "Qəbələ"nin qələbəsi ilə başa çatıb - 1:0. Qarşılaşmadakı yeganə qola Nikolas Raysel imza atıb. O, 75-ci dəqiqədə penaltidən fərqlənib.


 

Daha çox


Son xəbərlər