"Qarabağ"ın oyununu idarə etməli idi - Koronavirusa yoluxdu

"Qarabağ"ın oyununu idarə etməli idi - Koronavirusa yoluxdu
XƏBƏR 30 Avqust 2020 / 14:30 3580
-  A +

UEFA-nın Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ" - "Şerif" matçının (2:1)  hakimlərini qəfil dəyişdirməsinin səbəbi məlum olub.

Qol.az "Kazfootball"a istinadən xəbər verir ki, oyunu Furkat Atajanovun rəhbərliyi ilə qazaxıstanlı hakimlər briqadası idarə etməli olsa da, onun köməkçisi Sergey Kalaçevdə koronavirus aşkarlanıb. Buna görə də Avropanın ali futbol qurumu görüşün hakimlər briqadasını dəyişib.

Bununla da matçın idarəetməsi Nikolay Balakinin başçılığı etdiyi ukraynalı referilərə tapşırılıb.

Daha çox


Son xəbərlər