Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.
Qol.az xəbər verir ki, keçirilən 11 oyunla 3-cü mərhələyə yüksələn bütün komandalar müəyyənləşib.
Turnirdə ölkəmizi təmsil edən "Qarabağ" Bakıda Moldova "Şerif"ini qəbul edib və 2:1 hesablı qələbə ilə mərhələ adlayıb.
"AZ Alkmaar" (Niderland), "Rapid" (Vyana, Avstriya), “Dinamo” (Brest, Belarus), Makkabi” (Təl-Əviv, İsrail), “Molde” (Norveç), “Omoniya” (Kipr), “Yanq Boyz” (İsveçrə), "Midtüllənd" (Danimarka), “Ferentsvaroş” (Macarıstan) və "Dinamo" (Zaqreb, Xorvatiya) da qalib gələrək 3-cü təsnifat mərhələsinə yüksəlib.
26 avqust
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi
"AZ Alkmaar" (Niderland) - “Viktoriya” (Plzen, Çexiya) - 3:1
Qollar: Tyon Kopmeyners, 90+5 (pen.), Albert Qudmundsson, 98, 118 - David Limberski, 78
“Lokomotiva” (Zaqreb, Xorvatiya) - “Rapid” (Vyana, Avstriya) - 0:1
Qol: Ercan Kara, 32
“Qarabağ” (Azərbaycan) - “Şerif” (Moldova) - 2:1
Qollar: Uroş Matiç, 22 (pen.), Mahir Emreli, 63 - Frank Kastanyeda, 78
“Suduva” (Litva) - “Makkabi” (Təl-Əviv, İsrail) - 0:3
Qollar: Avi Rikan, 30. Nik Blekmen, 73. Ofir Davidzada, 90+2
"Tselye" (Sloveniya) - “Molde” (Norveç) - 1:2
Qollar: Mitya Lotriç, 38 - Etzaz Hussain, 57. Leke Ceyms, 74
“Lüdoqorets” (Bolqarıstan) - “Midtüllann” (Danimarka) - 0:1
Qol: Xose Fransisko Dos Santos Junior, 78
“Dinamo” (Brest, Belarus) - “Sarayevo” (Bosniya və Herseqovina) - 2:1
Qollar: Mixail Qordeyçuk, 3. Abdulaye Diallo, 49 - Andrey Cokanoviç, 34
ÇFR (Rumıniya) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:2 (Penaltilər seriyası - 5:6)
Qollar: Mixael Pereyra, 64. Qabriel Debelyux, 90+3 - Amer Qoyak, 14. Petar Stoyanoviç, 78
“Legiya” (Varşava, Polşa) - “Omoniya” (Kipr) - 0:2
Qollar: Jordi Qomes, 92 (pen.). Tiaqo, 107
“Yanq Boyz” (İsveçrə) - “Klaksvik” (Farer adaları) - 3:1
Qollar: Jan-Pyer Nsame, 51. Miralem Suleymani, 57. Nikolas Mumi Nqamaleu, 82 - Con Yohannesen, 79
“Seltik” (Şotlandiya) - “Ferentsvaroş” (Macarıstan) - 1:2
Qollar: Rayan Kristi, 53 - David Siger, 7. Tokmak Nquen, 75
25 avqust
"Tirana" (Albaniya) - "Srvena Zvezda" (Serbiya) - 0:1
PAOK (Yunanıstan) - "Beşiktaş" (Türkiyə) - 3:1
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq