"Qarabağ" yenidən səpələnmişlər səbətində

"Qarabağ" yenidən səpələnmişlər səbətində
ÖLKƏ FUTBOLU 27 Avqust 2020 / 00:06 8140
-  A +

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Moldova “Şerif”ini məğlub edərək (2:1) turu adlayan “Qarabağ” 3-cü raundda da səpələnmişlər səbətində yer alacaq.

Qol.az xəbər verir ki, buna səbəb Bolqarıstanın "Lüdoqorets" klubunun Danimarka təmsilçisi "Midtüllann"a uduzaraq (0:1) ÇL-də mübarizəni dayandırmasıdır.

UEFA reytinqində “Qarabağ”dan irəlidə olan Razqrad təmsilçisinin uduzaraq xal ehtiyatını artıra bilməməsi təmsilçimizin xeyrinə olub. Bununla da püşkatmada güclülər səbətində yer alacaq Ağdam klubunun 3-cü mərhələdə nisbətən asan rəqiblə düşəcəyi bəlli olub.

Qeyd edək ki, Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü avqustun 31-də atılacaq, oyunları isə sentyabrın 15-16-da keçiriləcək.

Daha çox


Son xəbərlər
19.04.25  10:56

30-cu sülh

18.04.25  22:46

"Yamal Messi deyil"