PSJ-nin kapitanı Tiaqo Silva klubdan ayrılıb.
Qol.az xəbər verir ki, 35 yaşlı müdafiəçi ötən gecə Çempionlar Liqasının finalında “Bavariya”ya məğlub olduqları matçdan (0:1) sonra bu haqda açıqlama verib.
Braziliyalı oyunçu Paris təmsiliçisi ilə müqaviləsinin yenilənmədiyini bildirərək azarkeşlər və kluba təşəkkür edib: “Bu oyun PSJ-dəki son matçım idi. Çox məyusam. Azarkeşlərdən üzr istəyirəm. Mənə göstərdikləri sevgiyə görə çox təşəkkür edirəm. Bu kluba başqa bir rolda geri dönəcəyəm. Daha 3-4 il futbolçu karyeramı davam etdirmək və Qətərdə keçiriləcək dünya çempionatında oynamaq istəyirəm”.
Qeyd edək ki, Braziliya millisinin üvü 2012-ci ildən PSJ-də forma geyinirdi. O, komandanın heyətində ümumilikdə 315 oyuna çıxaraq 17 qol vurub və 5 qolun ötürməsini verib.
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq