“Arsenal”ın oyunu fanatların iştirakı ilə keçirilə bilər

“Arsenal”ın oyunu fanatların iştirakı ilə keçirilə bilər
XƏBƏR 22 Avqust 2020 / 15:00 2443
-  A +

“Arsenal”ın oktyabrın 3-də “Şeffild Yunayted”lə qarşılaşacağı matça azarkeş buraxıla bilər.

Qol.az xəbər verir ki, klubdan verilən açıqlamada bu məsələ ilə bağlı Premyer Liqa rəhbərliyi və İngiltərə hökuməti ilə danışıqlar aparıldığı deyilib:

“Limitli şəkildə azarkeşlərin yenidən stadiona buraxılması üçün Premyer Liqa rəhbərliyi və İngiltərə hökuməti ilə danışıqlarımız davam edir. Sentyabrın 19-u “Vest Hem”lə oyunu tərəfdarlarsız  keçirəcəyimiz üçün məyusuq. Amma oktyabrın 3-də “Emireyts”də “Şeffild Yunayted”lə qarşılaşmada azarkeş qəbul etmək istəyirik. Stadiona az sayda azarkeş buraxılacağı təqdirdə sentyabrın 2-də əlavə məlumat veriləcək”.

Son xəbərlər