Bu gün Avropa Liqasında 2019-2020 mövsümünə yekun vurulub.
Qol.az xəbər verir ki, koronavirus pandemiyasına görə mart ayından dayandırılan və bu ay bərpa olunan turnirin final oyununda i “Sevilya” Milan “İnter”i ilə qarşılaşıb. İspaniya klubu 3:2 hesabı ilə qalib gələrək rekord sayda - 6-cı dəfə bu turnirin qalibi olub.
Bu mövsüm yarışa "Qarabağ"ın da yer aldığı A qrupunda başlayan "Sevilya" 1/16 finalda ÇFR (Rumıniya), 1/8 finalda "Roma" (İtaliya), 1/4 finalda "Vulverhempton" (İngiltərə) və yarımfinalda "Mançester Yunayted"i (İngiltərə) mübarizədən kənarlaşdırıb.
Mübarizəyə Çempionlar Liqasından qoşulan "İnter" isə "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya) və "Slaviya" (Praqa, Çexiya) ilə birlikdə mübarizə apardığı F qrupunu 3-cü pillədə tamamlayaraq Avropa Liqasına düşüb. Antonio Kontenin komandası 1/16 finalda "Ludoqorets" (Bolqarıstan), 1/8 finalda "Xetafe" (İspaniya), 1/4 finalda "Bayer" (Almaniya) və yarımfinalda Ukrayna "Şaxtyor"unu məğlub edib.
21 avqust
Avropa Liqası
Final
23:00. "Sevilya" (İspaniya) - "İnter" (İtaliya) - 3:2
Qollar: Lukaku, 5-pen (0:1), De Yonq, 12 (1:1), De Yonq, 33 (2:1), Qodin, 36 (2:2), R.Lukaku, 74-avtoqol (3:2)
Baş hakim: Denni Makkeli
Almaniya, Köln. "Reyn Energi" stadionu.
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində