"İlk qolu biz vurmalı idik" - "Lion"un baş məşqçisi

"İlk qolu biz vurmalı idik" - "Lion"un baş məşqçisi
XƏBƏR 20 Avqust 2020 / 12:22 2191
-  A +

"Lion"un baş məşqçisi Rudi Qarsiya Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya 0:3 hesablı məğlubiyyəti şərh edib.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, oyunla bağlı deyib: "İlk qolu biz vurmalı idik, amma Qnabrinin mükəmməl oyunu sayəsində rəqib hesabda önə keçdi. İkinci hissədə təslim olmasaq da, baş verənlərin ədalətsiz olduğunu düşündük".

56 yaşlı mütəxəssis fasilədən sonra daha yaxşı oynadıqlarını bildirib: "İkinci hissədə boşluqları bağlamaq mümkün oldu, ancaq qapıçı Noyer onları xilas etdi. "Bavariya" üçün bizimlə görüş o qədər də asan deyildi. Düşünürəm ki, onlar açıq-aşkar favorit sayılsa da, bizi məğlub etməkdən məmnundurlar".

Daha çox


Son xəbərlər