David Silva bu kluba keçə bilər - Danışıqlar başladı

David Silva bu kluba keçə bilər -  Danışıqlar başladı
DÜNYA FUTBOLU 28 İyul 2020 / 21:00 4874
-  A +

“Mançester Siti”dən ayrılan David Silva karyerasını İtaliyada davam etdirə bilər.

Qol.az “AS” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçunu “Latiso” heyətinə cəlb etməyi planlaşdırır. Roma təmsilçisinin artıq Silva ilə danışıqlara başladığı bildirilir.

34 yaşlı yarımmüdafiəçinin keçidində ən çox komandanın baş məşqçisi Siome İnzaqinin maraqlı olduğu qeyd olunub.

Qeyd edək ki, 2010-cu ildən "Mançester Siti"də çıxış edən Silva Premyer Liqanın son mövsümündə 6 qol vurub, 10 məhsuldar ötürmə edib.

Son xəbərlər