Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunacaq Canni de Byazi görəcəyi işlər barədə danışıb.
Qol.az-ın xəbərinə görə, İTV-də yayımlanan “Bol idman” velişinə müsahibəsində italiyalı mütəxəssis bildirib ki, hər şeydən əvvəl hər birimizin fikrində bizdən əvvəl heç kəsin yüksəlmədiyi bir nöqtəyə gəlib çatmaq arzusu olmalıdır: “Bunun üçün qətiyyət, istək, azad düşüncə və ən əsası hamılıqla bir komanda olmağı bacarmaq lazımdır. Mən hər zaman bildirmişəm, komanda yalnız meydandakı 11 nəfərdən və ehtiyat oyunçulardan ibarət deyil. Federasiya, hətta ofis daxili işçilərlə birlikdə yaradılmış komanda qalib komandadır. Azərbaycan millisi nəticə qazanmaq istəyirsə, hər zaman 100 deyil, 110 faiz gücünü ortaya qoymalıdır.
Mənim iş fəlsəfəm əsasən tez bir zamanda yerli insanların mentalitetini, ideallarını, istəklərini, fərdi xüsusiyyətlərini öyrənərək onlarla əlaqə qurmaqdır. Bunları öyrənərək mən də Azərbaycan xalqının bir parçası olmaq istəyirəm. Əgər mən bir fəaliyyətin bir hissəsi olmağı bacararımsa, o zaman öz gücümün 110 faiz ortaya qoya bilirəm. Ümid edirəm ki, Azərbaycanla bunu bacaracağam. Bunu etməyə yetərli qədər istəyim və motivasiyam var. Biz hamımız - jurnalistlər, məşqçilər, azərkeşlər bir məqsəd üçün çalışırıq – inkişaf etmək və bacardığımız qədər irəli getmək.
Məlumdur ki, hazırda Azərbaycanda karantin davam edir. Məndən olsa, maksimum tez bir müddətdə Bakıya gəlib öz işimə başlayaram. Çünki vaxtımız azdır. Ən tez müddətdə oyunçularla danışmalıyam, onların nə düşündüklərini bilməyiləm və əmin olmalıyam ki, onlar da hər kəsi heyrətə gətirəcək fövqalədə komandanın bir hissəsi olmağı arzulayır. Fövqalədə iş görmək üçün çox şey etməyə ehtiyac yoxdur, öz işinə ürəklə yanaşmaq yetər. Düşünürəm ki, əsas məsələ məqsədlərə çatmaq üçün buna doğru düzgün yol seçib irəliləməkdir”.
“Azərsun Arena”da qol səssizliyi - Video
“Real” - “Barselona” oyununda qalmaqal - Şəkil
“El-Klasiko”da 3 qol vuruldu
Ayxan Abbasov: "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq"
“Qarabağ”dan gözlənilməz xal itkisi, “Neftçi”dən qələbə
Abubakardan Azərbaycandakı debütü ilə bağlı - İlk açıqlama
Samir Abasovdan qələbə şərhi
"Sabah"ın U-12 komandası Türkiyədə çempion oldu
“Qarabağ” - “Şamaxı”: heyətlər
Qazaxıstanda çempion son turda müəyyənləşdi
“Bavariya”dan əsrin rekordu
Qadın futbolunda yeni mərhələ başlayır
“Gəncənin futbol əfsanələri” şurası yaradılıb
Ababukar bu gün Azərbaycanda debüt edə bilər
"Qəbələ" - "Neftçi": Heyətlər
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
"Mançester Yunayted" - "Brayton" matçındakı 6 qol - Video
"Layiq olduğumuz xalı qazandıq" - Patrik Andrade
Millimizin üzvü oynadı, komandası qalib gəldi
1000-ə çatmağa 50 qol qaldı
Bu gün “El-Klasiko” var - Saat neçədə və hansı kanalda?
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
"Liverpul"dan ardıcıl 4-cü məğlubiyyət - Video
Qadın güləşçimizdən bürünc medal - DÇ
“Bavariya” 3 xalı 3 qolla qazandı - Video
PSJ səfərdən qələbə ilə qayıtdı - Video
“Traktor”dan darmadağın
“Çelsi” öz meydanında uduzdu - Video
Rüfətin məhsuldar ötürməsi xal qazanmaq üçün bəs etmədi
Kənan Yıldız Avropa nəhənglərinin maraq dairəsində
“Zirə” 3 xalı 1 qolla qazandı - Video
Rəşad Sadıqov: “Çox vacib 3 xal qazandıq”
Saşa İliçdən oyun sonrası açıqlama