Quti istefaya göndərildi

Quti istefaya göndərildi
DÜNYA FUTBOLU 26 İyun 2020 / 14:33 3779
-  A +

İspaniyanın "Almeria" klubunun baş məşqçisi Quti istefaya göndərilib.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu gün qərar rəsmən açıqlanacaq.

Klub rəhbərliyi Sequndanın 35-ci turunda evdə "Alkorkon"a məğlubiyyətdən (0:1) sonra Quti ilə yolları ayırmaq qərarına gəlib.

Qeyd edək ki, "Real"ın əfsanəvi oyunçusu ötən ilin noyabrından komandaya rəhbərlik edirdi. "Almeria" hazırda 56 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 


Son xəbərlər
03.07.25  19:07

"Napoli"dən La Liqaya

03.07.25  11:56

Falkao klubsuz qaldı