"Liverpul" "Everton"la bacarmadı

"Liverpul" "Everton"la bacarmadı
DÜNYA FUTBOLU 22 İyun 2020 / 00:05 3592
-  A +

İngiltərə Premyer Liqasında 30-cu turun oyunları davam edir.

Qol.az xəbər ki, ötən gün daha iki görüş keçirilib. "Çelsi" səfərdə "Aston Villa"dan üstün olub - 2:1. Əzəli rəqiblər "Everton"la lider "Liverpul"un oyununda isə qapılara qol vurulmayıb. Karlo Ançelottinin gəlişindən sonra müdafiədə inamlı təsir bağışlayan meydan sahibləri güclü rəqibindən də qol buraxmayıb.

Bu nəticələrdən sonra "Liverpul" 83 xalla 1-cidir. "Mançester Siti" (60) 2-ci, "Lester" (54) 3-cü, "Çelsi" (51) 4-cü, "Mançester Yunayted" (46) 5-cidir.

21 iyun

İngiltərə Premyer Liqası, 30-cu tur

"Aston Villa" - "Çelsi"  - 1:2
Qollar:
Hause, 43 (1:0), Pulişiç, 60 (1:1), Jiru, 62 (1:2)

"Everton" – "Liverpul" - 0:0


22 iyun
 
23:00. "Mançester Siti" – "Bernli"

Son xəbərlər