La Liqada baş məşqçi istefası

La Liqada baş məşqçi istefası
XƏBƏR 21 İyun 2020 / 12:00 1933
-  A +

Xoan Rubi İspaniyanın "Betis" futbol komandasının baş məşqçi vəzifəsindən istefaya göndərilib.

Qol.az-ın məlumatına görə, bu qərar La Liqanın 30-cu turunda "Atletik"ə 0:1 hesablı səfər məğlubiyyəti ilə bitən oyundan sonra verilib. 50 yaşlı mütəxəssisi mövsümün sonunadək idman direktoru Aleksis Truxilyo əvəzləyib.

Truxilyo 7 mövsüm ərzində "Betis" forması ilə 264 matçda iştirak edib. O, 2016/2017-ci illər mövsümündə də son 2 matçda komandanın sükanı arxasında olub.

Qeyd edək ki, 30 oyundan sonra 30 xalla 14-cü yerdə gedən "Betis" növbəti turda "Levante"nin qonağı olacaq. Oyun iyunun 28-də keçiriləcək.

Daha çox


Son xəbərlər
20.08.25  17:03

"Yuventus"a qayıdır

20.08.25  14:23

"Roma"dan yeni transfer