Zidandan uğurlu göstərici

Zidandan uğurlu göstərici
DÜNYA FUTBOLU 15 İyun 2020 / 12:38 2221
-  A +

“Real”ın baş məşqçisi Zinəddin Zidan Madrid klubunun çalışdırıcıları arasında La Liqada qələbə sayına görə ikincidir.

Qol.az xəbər verir ki, fransalı mütəxxəsis bu göstəriciyə La Liqanın 28-ci turunda “Eybar” üzərində qələbə (3:1) ilə nail olub.

Bu, “Real”ın Zidanın rəhbərliyi ilə 90-cı qələbəsidir. Zidan bununla da Leo Benhakkeri (89) qabaqlayıb və yalnız Migel Munosdan (257) geri qalır.

Qeyd edək ki, “Real” Zidanla ümumlikdə 200 oyunun 132-də qalib gəlib.

Son xəbərlər