Mahirdən Allahverdi Bağırovla bağlı həssas paylaşım - Şəkillər

Mahirdən Allahverdi Bağırovla bağlı  həssas paylaşım -  Şəkillər
ÖLKƏ FUTBOLU 14 İyun 2020 / 18:34 4627
-  A +

Bu gün Azərbaycanın Milli Qəhramanı Allahverdi Bağırovun şəhid olmasından 28 il ötür.

Qol.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Mahir Emreli bununla bağlı şəxsi İnstaqram hesabında paylaşım edib. O, “Nurlar içində yat, Böyük kapitan!” yazaraq uzun illər komandanın kapitanı və məşqçisi olmuş Allahverdi Bağırovun xatirəsini yad edib. Millimizin hücumçu üzərində Allahverdi Bağırovun rəsmi və "Sənin məzarın bizim qəlbimizdədir" yazısı olan köynəklə şəklini də paylaşıb.

Qeyd edək ki, A.Bağırov 1992-ci ilin iyunun 14-də Əsgəran rayonunun Naxçıvanik kəndi yaxınlığında şəhid olub.



Daha çox


Son xəbərlər