"Yuventus" finalda - Yenilənib

"Yuventus" finalda - Yenilənib
DÜNYA FUTBOLU 13 İyun 2020 / 01:02 5864
-  A +

Koronavirusa görə İtaliyada dayandırılan futbol mövsümü bərpa olunub.

Qol.az xəbər verir ki, ölkə kubokunun yarımfinalının cavab matçında “Yuventus” “Milan”ı qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb. İlk oyun da 1:1 hesabı ilə başa çatdığı üçün Turin təmsilçisi səfətdə vurduğu qol hesabına finala yüksəlib.

Qeyd edək ki, yarımfinal mərhələsinə sabah keçiriləcək “Napoli” – “İnter matçı ilə yekun vurulacaq. Bu komandaların ilk duelində  “Napoli” qalib gəlib – 1:0.

12 iyun

"Yuventus" - "Milan" - 0:0
Qırmızı vərəqə:
Rebiç, 17 ("Milan")
16-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Kriştiano Ronaldo penaltini düzgün yerinə yetirə bilməyib

Son xəbərlər