Qocadı, heç dəqiq yaşı da bilinmir. Bizdə onun haqqında “İngiltərədə doğuldu, Braziliyada yaşadı, Azərbaycanda öldü” ifadəsi də var ki, acı gülüş doğurur.
Əslində öldü yox, “bu qocanı küsdürdük” desək, daha doğru olar. Tək bu sözlər deyil, onu çox ələ salmışıq, adına çox söz çıxarmışıq. Hansı ki, ən çətin vaxtlarımızda bizimlə olub, nə qədər əzab-əziyyət görüb. Hamı sevinsin, heç kim inciməsin deyə, hər bölgəmizdə yaşayıb. Lənkəranın rütubətinə, Qusarın soyuğuna, hətta Kürdəmirin istisinə də dözüb.
Qocanın indi Bakıda məskən salması rayonların havasını götürməməsi ilə bağlı deyil. Hərdən Qəbələyə getməsi də onu göstərir. Bu yaşında daha çox bölgələrdə olmaq, dincəlmək istəyir. Ancaq vaxtilə onun əyləndiyi, insanlara sevinc bəxş etdiyi meydanlarda indi inəklər, qoyunlar qarnını doyurmağın sevincini yaşayır.
İndi bu yaşlanmış, əldən düşmüş qocanı heç kim müalicə etdirmək, qayğısına qalmaq istəmir. Hansı ki, bütün müayinələr onun bölgələrdə yaşamalı olduğunu göstərir. Düzdür, Qəbələdən köməklik göstərilir, ancaq qəlbi kövrəkləşən qoca bunu hamıdan umur.
Bir vaxtlar övladlarından “Neftçi” ilə öyünən qoca indi “Qarabağ”a sığınıb, ondan təsəlli alır. Bir müddət Lənkəranda gözəl günlər keçirdi, “Bakı”da çoxlarını sevindirdi, indi də bəhrəsini görür. Ona doğma olan Gəncədə, Tovuzda xoşbəxt idi. Ancaq getdiyi hər yerdən incik düşdü bu qoca.
Ahıl yaşlarında son qərarlar da onu xeyli üzdü. Koronavirus pandemiyasına görə neçə vaxtdı karantindədi. Yaşın 65-dən çoxdu deyirlər. Ancaq yüz yaşı geridə qoyan bir çox avropalı çoxdan karantindən çıxıb.
Təbii ki, Azərbaycan futbolunda nə o vaxt qazanc götürmək mümkün idi, nə də indi. Təəssüf ki, bu mənada iş adamları futbola maraq göstərmirlər.
Vaxtilə bölgələrimizdə futbolun daha çox populyar olmasının, daha çox inkişaf etməsinin əsl səbəbi isə orada yaşayan səxavətli insanların bu idman növünə marağı, təmənnasız sevgisinə görə idi.
Şahbaz Süleymanov (Saşa), Vidadi Əhmədov, Rasim Rəfiyev, Nazim Abdullayev, Yunis İldırımzadə, Adil Nadirov, Məmmədrəhim Kərimov, Rza Məmmədov, Hacı Malik Atakişiyev, İldırım Allahyarov, Cavanşir Şirəliyev, Hafiz Məmmədov, Mübariz Mənsimov və başqa adlarını unutduğum şəxslər çəkinmədən futbol üçün vəsaitini xərcləyib. Bu insanların demək olar ki, əksəriyyətinin sponsorluq etdiyi klub indi ya yoxdu, ya da yox kimidi. Onların çoxu pulunu bilə-bilə çölə atırdı. Səbəb isə ancaq futbol sevgisi idi. İndi belə şəxslərə çox ehtiyac var.
“Turan Tovuz”un veteran futbolçusu, hazırda icraçı direktoru olan Nadir Nəbiyevin “Kluba heç kim kömək etmir” deyərək imdad istəməsi çox şeydən xəbər verir. Təkcə Tovuz yox, Gəncə, Zaqatala, Qazax, Mingəçevir və bu kimi futbol ənənələri olan digər bölgələrimiz də acizanə kömək istəyir. Yerli icra hakimiyyətləri isə şəhəri təmsil edən kluba “Zaqatala”nın prezidenti Musa Qurbanovun dediyi kimi, ancaq mənəvi dəstək olurlar. Gülünc olsa da, reallıq budu. Nadir Nəbiyev də deyir ki, futbola olan əvvəlki sevgi nə imkanlı şəxslərdə, nə azarkeşlərdə, nə də futbolçuların özündə var.
Ramiq AĞAMƏMMƏDOV
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq
Güləşçimiz İslamiadanın finalında
"Qarabağ"ın uşaq formaları satışda!
Futbolumuzun Mikels qardaşları ilə - Reportaj
Benzema: "Peres qalsa, "Real"a qayıda bilərəm"
Tramp bu gün Ronaldo ilə görüşəcək
İspaniya - Türkiyə oyunu bu kanallarda
"Heç bir komanda qələbə qazanmağı bizdən çox istəməməlidir”
Keyn Peleni geridə qoydu
Almaniyanın 6 qollu qələbəsi - Video
DÇ-2026-nın daha iki iştirakçısı müəyyənləşdi
Yankoviç Xorvatiyaya qarşı oynadı
Almaniya, Çexiya və Niderlanddan darmadağın - DÇ-2026
“Mançester Yunayted”in hücumçusu bir ay oynamayacaq
"Rəqibdən asılı olmayaraq qələbə hər zaman gözəldir"
Türkiyə millisinin futbolçusu İngiltərə klubunun hədəfində
Benzema “Real”ı və Çempionlar Liqasını yaxından izləyir
“Mançester Siti” Valentino ilə maraqlanır
Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər bəlli oldu
Fransa millisinin üzvü: "Vurduğum qolla qürur duyuram"
Ülvi Babayev gələcək hədəflərini açıqladı
“Barselona” uzun fasilədən sonra “Kamp Nou”ya qayıdır
"Şəki Siti", "Qaradağ Lökbatan" və "Xankəndi"dən qələbə
“Şamaxı”nın futbolçusu U-21-ə dəvət olundu
PFL-in direktoru Çempionlar Liqasının oyununda
“Liverpul”dan Konate üçün son addım
Millimizin seçmə mərhələdəki oyunlarının təqvimi
Beş futbolçu Türkiyə millisinə kömək edə bilməyəcək
Superliqa tarixinin ən bahalı transferi ola bilər
Haaland Avropa rekordunu yenilədi
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı