"Bu qərarı Məşqçilər Komitəsi olaraq öz aramızda müzakirə etmişik. Klublar çox ağır vəziyyətə düşüblər. Çıxış yolu tapıb-tapmayacaqlarını deyə bilmərəm".
Bu fikirləri AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov həftəsonu tətbiq olunan qadağalara görə klubların məşq edə bilməməsi barədə danışarkən deyib.
Federasiya rəsmisi futbolçuların, məşqçilərin və komandaların hazırda ağır durumda olduqlarını bildirib. Sadıqovun sözlərinə görə, uzun fasilədən sonra çempionatın bərpasına hazırlaşmaq üçün 3 həftə azdır: "Premyer Liqanın başlaması ilə bağlı qərar veriləndə bunu bilirdik. 3 həftədən altı və bazar günlərini çıxanda komandalar yenə pis vəziyyətdə qalırlar. Amma bu qərar müvəqqəti və ya daimi olacaq bilmirəm. Nazirlər Kabineti yanında Operativ Qərargahın virusla bağlı nəticələrini biləndən sonra nəsə demək olar".
Vitse-prezident UEFA-nın yerli çempionatları idman prinsipləri əsasında sona çatdırılmasının tərəfdarı olduğunu xatırladıb: "Biz də bunun tərəfdarı olmuşuq. İstəyirik ki, çempion və avrokubok iştirakçıları idman prinsiplərinə görə müəyyənləşsin. Ancaq fors-major hallarda hər bir qərar qəbul olunandır və biz bunu başa düşməliyik. Hazırkı qərar odur ki, çempionat iyunun 21-də başlasın, yəqin ki, klublarla hansısa müzakirələr aparılacaq. AFFA, PFL rəhbərliyi və klublar bir araya gəlib qərar veriblər. Hesab edirəm ki, hər birinin məsləhətləri vacibdir və onlara ehtiyac var. Bundan sonra atılan addımları görəcəyik və istər-istəməz Operativ Qərargahın qərarlarına uyğun nəsə edə bilərik. Hələ ki, gözləmə mövqeyindəyik. Qərargahın qərarına əsasən ehtiyac olsa, yenə bir araya gəlib çempionatla bağlı müzakirə aparmaq olar".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda həftəsonu qadağalar 6-7 iyun üçün tətbiq edilib və 13-15 iyunda da tətbiqi nəzərdə tutulur (Report).
"Zirə" “Qəbələ”ni belə məğlub etdi - Video
Bundesliqa tarixində yeni rekorda imza atdı
Maaşı ödənmədiyi üçün klubla yollarını ayırır
“Barselona”dan doğma meydanda darmadağın
Karyerasında 400-cü qolunu vurdu
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“Şəfa” - “Difai” ilə heç-heçəyə razılaşdı
"Mən zəif çıxış etdiyimizi düşünmürəm" - Elmar Baxşıyev
“Əgər heç nə dəyişmirsə, bu sualları vermək nəyə lazımdır?”
“Fənərbaxça”da itkilər var
"Zirə" - "Qəbələ": Heyətlər
Misli Premyer Liqasında azarkeş rekordları
Ölümlə hədələndiyi üçün it aldı
UEFA "Ayntraxt"ı cərimələdi
Ardıcıl 3-cü dəfə Çin çempionu oldular
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər
La Liqa prezidenti diskvalifikasiya edilə bilər
"Hesab oyuna görə olmadı” - Rüstəm Əhmədzadə
UEFA-dan "Napoli"yə xəbərdarlıq
Keyn "Barselona"ya keçəcək, ya yox?
"Çelsi" üçün şok: Yenidən zədələndi
Bəhluldan “Napoli” oyunu ilə bağlı - İnamlı açıqlama
Qvardiola: “Mövsüm hələ indi başlayır”
Azan oxunarkən çıxışını dayandırdı - Video
Bundesliqada 11-ci tura start verildi
Dünya çempionatında yarımfinalçılar müəyyənləşdi - U-17
İslamiadaya yekun vuruldu, Azərbaycan 10-cu oldu
Sumqayıtdakı qol şousu, qırmızı vərəqə, penalti - Video
Qurban Qurbanovdan “Bu Şəhərdə”nin səhnəciyinə münasibət
"Qarabağ"ın hakim köməyinə ehtiyacı yoxdur" - Saşa İliç
"Arada hirslənmək lazımdır" - Qurban Qurbanov
FİFA Ronaldoya görə posteri dəyişdi
"Qarabağ" "Sumqayıt"a, "Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi
Türkiyədə mərc oyunları ilə bağlı yeni əməliyyat
"Səbail"in xal itkisi - Video
Flik Messinin "Barselona"ya mümkün qayıdışı haqda
FİFA Türkiyə klubunu cəzalandırdı
Güləşçilərimizdən 1 qızıl, 1 gümüş, 2 bürünc medal
"Sumqayıt" - "Qarabağ": Heyətlər
Yevlaxda vurulan qollar - Video
"Sonuncu pillədən qurtulmaq şərt deyil" - Azər Bağırov
"Səbail" "Baku Sportinq"lə heç-heçə etdi