“Mançester Siti”nin hücumçusu Riyad Mahrezin evi qarət olunub.
Qol.az xəbər verir ki, bu haqda “The Sun” nəşri məlumat yayıb. Futbolçunun evindən ümumən 555 min avroluq əşya aparıldığı bildirilib. Xüsusən evdən bahalı saatlar oğurlanıb. Onların arasında dəyəri 255 min avrodan çox olan “Richard Mille”, 44 min avroluq “Rolex Daytona” və 39 min avroluq “Rolex Day Date” var.
Bundan başqa, onun 61 min avro nəğd pulu, 166 min avrodan artıq qiyməti olan “Cartier” bilərzikləri və futbol köynəkləri aparılıb. Məlumata görə, oğurluq zamanı futbolçu Mançesterin mərkəzindəki evində olmayıb.
Qeyd edək ki, daha əvvəl “Tottenhem”in oyunçusu Dele Allinin də evi qarət edilib.
Mbappe: Dembele "Qızıl Top"a layiqdir"
PSJ-dən ayrıldı, Qətər klubuna keçdi
Millimiz Avropa kubokundan gümüş medalla qayıdır
Gürcüstan millisindən böyükhesablı qələbə
Azərbaycan 2-ci Liqasında 1-ci tur başa çatdı
Ali Koçdan baş məşqçi açıqlaması
“Qarabağ” Nərimanın durumunu açıqladı - Zədəsi ciddidir
Türkiyə - İspaniya oyunu Azərbaycanda da canlı yayımlanacaq
"Barselona"nın sabiq futbolçusu İran klubunda
"Bayer"in baş məşqçi vəzifəsinə əsas namizəd
Dembele Azərbaycan millisi ilə oyunu buraxacaq
"Beşiktaş" "Liverpul"un hücumçusunu istəyir
Azərbaycan - Ukrayna matçının hakimləri açıqlandı
Azərbaycanın üç boksçusu rinqə çıxır - Dünya çempionatı
Nəriman Axundzadə millinin heyətindən çıxarıldı