Nikola Yurçeviçin dönəmində milli komandamızın məşqçisi işləmiş Mario Tokiç onlarla müqavilənin müddətinin uzadılmaması haqda AFFA-nın qərarına münasibət bildirib.
Qol.az xəbər verir ki, azerisport.com saytına müsahibəsində xorvat mütəxəssis deyib: “Müqavilənin uzadılmaması artıq AFFA-ya aid məsələdir. Amma mən bilirəm ki, assosiasiya Slovakiya ilə Bakıdakı oyun (1:5) istisna olmaqla komandadan razı qalmışdı. AFFA-ya güclü təzyiq vardı. Onlar isə bunun öhdəsindən gələ bilirdilər. AFFA Avropada peşəkar kadrlara malik ən yaxşı assosiasiyalardan biridir. Məsələn, AFFA-nın prezidenti və baş katibi super insanlardır. Heç bir yerdə onlar kimi komandalarının təəssübünü çəkən insanlar görməmişəm. Bu komandaya vaxt lazımdır. Xorvatiya ilə oyuna (1:2) bir neçə aya qədər bu uşaqlar Kosovoya uduzmuşdular (0:4). Yalnız son dəqiqələrdəki ustalıq səviyyəsi və fərdi səhvlər bizə seçmə mərhələdə çox xal toplamağa imkan vermədi”.
Xorvat müətxəssis həmçinin hazırda millinin boş qalmış baş məşqçi vəzifəsi ilə bağlı da fikirlərini bildirib: “Bir il ərzində mən Azərbaycan futbolunda çox şeyi gördüm. Ona görə də deyə bilərəm ki, hazırda millinin baş məşqçiliyinə iki ideal namizəd var – Qurban Qurbanov və Rəşad Sadıqov. Qurbanov Azərbaycan futbol tarixinin ən yaxşı məşqçisidir. Rəşada gəlincə, o, sizin futbolda böyük addır. Ona hörmət edirlər. Güclü xarakteri var. Bizim komandada elə bir futbolçuya ehtiyac vardı. Hesab edirəm ki, bu iki şəxs ən yaxşı namizəddir”.
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...