Koronavirus pandemiyasına görə, martın 8-dən sonra dayandırılan Azərbaycanda futbol mövsümü bu gün başa çatmalı idi.
Qol.az xatırladır ki, göstərilən tarixdən sonra Azərbaycan Premyer Liqası 21-ci turdan başlayaraq bir neçə dəfə təxirə salınıb, sonra isə, ümumiyyətlə, qeyri-müəyyən müddətə dayandırılıb. Amma əgər hər şey təbii axarı ilə getsə idi, mayın 10-da çempionatımızda sonuncu – 28-ci tura eyni gündə keçiriləcək 4 oyunla yekun vurulacaqdı.
Bu gün isə Azərbaycan kubokunun final matçı keçirilməli, bununla da ölkədə 2019/10 mövsümü başa çatmalı idi.
Xatırladaq ki, kubok oyunları yarımfinal mərhələsindən dayandırılıb. Bu mərhələdə "Qəbələ" – "Zirə" və "Sumqayıt" – "Qarabağ" cütlükləri var.
Koronavirus pandemiyasına görə ölkədə tətbiq olunan karantin rejimi bəzi sahələrdə yumşaldılsa da, bu, idman oyunları tətbiq edilməyib. Bu səbəbdən futbol mövsümünün nə vaxt bərpa olunacağı qeyri-müəyyən olaraq qalır.
Van Deyk və Salahın qərarı bilindi
"Şimal"dan darmadağın - Video
“Karvan” – “Qəbələ” oyununun vaxtı açıqlandı
Ramos: "Dünya kubokunu qazanmaq inanılmaz yuxu olardı"
"Şimal", "Kür-Araz", "Ağdaş" və "Şəmkir"dən qələbə
"Milan" itki ilə üzləşdi
AFFA-nın baş katibi Parisdə Elxan Məmmədovla görüşdü
"Dinamo" Kannavaronu istefaya göndərdi
Kurtua: "Real" futbol oynamağı unutdu"
Misli Premyer Liqasında ayın ən yaxşı qolu açıqlandı - Video
"Messi hamını təlxək halına sala bilər" - Ter Ştegen
Millimizin Monteneqro ilə heç-heçəsindən - Video
Çempionlar Liqasında tarixi dəyişiklikdən imtina edildi
“Karvan” – “İmişli” oyununun hakimləri məlum oldu
Ançelotti və dörd futbolçusu göndərilir