“Beşiktaş”da 8 nəfər koronavirusa yoluxdu

“Beşiktaş”da 8 nəfər koronavirusa yoluxdu
XƏBƏR 14 May 2020 / 14:15 1585
-  A +

Mayın 13-də “Beşiktaş”ın bazasında bütün futbolçular, məşqçi heyəti və bazanın işçiləri koronavirus testi veriblər.

Qol.az xəbər verir ki, bu barədə klubun yaydığı rəsmi açıqlamada bildirilib. Testin nəticəsi 8 nəfərdə müsbət çıxıb. Onların dərhal müalicəsinə başlanılıb.

Koronavirusa yoluxanların şəxsiyyəti açıqlanmayıb.


Son xəbərlər