Futbolçular bir aylıq maaşlarından imtina etdilər

Futbolçular bir aylıq maaşlarından imtina etdilər
DÜNYA FUTBOLU 12 May 2020 / 01:00 2079
-  A +

“Kalyari”nin  futbolçuları koronavirus pandemiyasının yaratdığı maliyyə sıxıntısına görə kluba və klubun az məvacib alan işçilərinə dəstək olmaq qərarına gəliblər.

Qol.az İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, oyunçular aprel ayının məvacibindən imtina ediblər.

Onlar bununla klubda işdən çıxarılanların sayının azalacağına ümid edirlər. Klub bu addıma görə futbolçulara təşəkkür edib.

Qeyd edək ki, “Kalyari” A Seriyasında 32 xalla 12-ci pillədə qərarlaşıb. 

Son xəbərlər
19.04.25  10:56

30-cu sülh

18.04.25  22:46

"Yamal Messi deyil"