AFFA çempionat oyunlarında əvəzetmə sayının 5-ə yüksəldilməsi ilə bağlı açıqlama yayıb.
Qol.az qurumun saytına istinadən xəbər verir ki, açıqlamada AFFA-nın daha öncədən əvəzetmə sayının artırılmasına icazə verilməsi barədə FİFA-ya müraciət etdiyini xatırladılıb.
"Məlumata görə, AFFA ilə yanaşı, bir neçə digər milli assosiasiya da FİFA-ya eyni məzmunlu müraciət edib. AFFA-ya bu gün daxil olan məlumatda Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən daxili çempionatlarda əvəzetmə sayının 5-ə qədər yüksəldilməsinə icazə verildiyi və bununla bağlı yekun qərarın qəbul olunmasının milli assosiasiyaların səlahiyyətində olması bildirilir.
Premyer Liqada oyunların bərpa olunacağı halda bu məsələ AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında keçirilməsi ehtimal olunan növbəti iclasında müzakirəyə çıxarılacaq" - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, AFFA daha öncə Azərbaycan Premyer Liqasının oyunlarında 4-cü əvəzetmənin aparılmasına razılıq almaq üçün FIFA-ya müraciət edib.
"Benfika"da ayrılıq
Mitroviç klubunu dəyişdi
Toni Kroos: “İsaka görə ödənilən məbləğ şişirdilib”
Santuş: “Tarix yazmaq istəyirik”
Türkiyə millisi 10 nəfərlə Gürcüstana qalib gəldi
“40 yaşında Modriçin səviyyəsində olmaq inanılmazdır”
"Atletiko" İngiltərə klublarının təkliflərini rədd etdi
Türkiyə millisindən tarixi uğur
"Mançester Siti"nin yetirməsi bu kluba keçdi
"İmişli" doğma bölgəsinə səfər etdi - Şəkillər
“Azərbaycanla oyun ölüm-dirim məsələsinə yaxındır" - İslandiya millisinin baş məşqçisi
Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başladı
"Napoli"dən 1 mövsümlük ayrıldı
Kyeza “Qarabağ”la oyunda iştirak etməyəcək
Hacinin oğlu Superliqa klubunda
İtaliya millisində itki
"Sabah"ın futbolçusu Özbəkistan millisində qol vurdu