UEFA-nın bugünkü videokonfransında nələr müzakirə edildi?

UEFA-nın bugünkü videokonfransında nələr müzakirə edildi?
DÜNYA FUTBOLU 21 Aprel 2020 / 18:58 1738
-  A +

Bu gün UEFA  quruma üzv olan 55 milli assosiasiya nümayəndələri ilə birgə videokonfrans keçirib.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə koronavirus pandemiyası ilə bağlı yarımçıq dayandırılan 2019/20 mövsümü ilə bağlı müzakirələr aparılıb.

İclasda həm milli komandaların, həm də klub yarışlarının oyunlarını əhatə edən müxtəlif təqvim variantları təklif olunub.

Assosiasiyalara  çempionatları və kubok yarışlarını tamamlamaq ciddi şəkildə tövsiyə edilib. Bildirilib ki, hansısa liqanın fəaliyyəti dayandırılsa, həmin ölkənin klublarının avrokuboklarda yarışmaq üçün tədbirlər planı hazırlanacaq. 

Qeyd edilən mövzulara dair qərarların aprelin 23-də UEFA İcraiyyə Komitəsinin iclasından sonra elan ediləcəyi bildirilib.

Son xəbərlər
19.04.25  10:56

30-cu sülh

18.04.25  22:46

"Yamal Messi deyil"