"Odina Əliyeva, Nataliya Məmmədova və mən ölkəmizə qayıtmaq istəyirik".
Qol.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında İndoneziyanın “Cakarta” voleybol klubu ilə yollarını ayıran azərbaycanlı baş məşqçi Ziya Rəcəbov deyib.
38 yaşlı mütəxəssis Azərbaycana qayıtmaq üçün bu gün İndoneziyadakı səfirliyə müraciət etdiyini bildirib: "Əvvəllər demişdilər ki, Dubaydan Bakıya çarter reysi olacaq. Amma indi bildirdilər ki, aprelin 20-dək heç bir uçuş həyata keçirilməyəcək. Uçuş olduqda bizə bir neçə gün əvvəldən dəqiq məlumat verəcəklərini söylədilər. O zaman biz də buradan Dubaya uçacaq, oradan isə Bakıya yollanacağıq. Hamımız evimizə getmək istəyirik".
Baş məşqçi fürsətdən istifadə edərək Azərbaycanın İndoneziyadakı səfirliyinə təşəkkür edib: “Səfirlikdən mənə dedilər ki, buradan Azərbaycana getmək istəyən 17 nəfər var və onlar yalnız Dubaya getdikdən sonra ölkəyə qayıda bilərlər. Səfirliyə təşəkkür edirəm, 2-3 gündən bir bizimlə maraqlanırlar".
Rəcəbov koronavirusa görə İndoneziyadakı vəziyyətin normal olduğunu vurğulayıb: "Sadəcə bütün reyslər bağlanıb. Qabaqlayıcı tədbirlər görürlər və burada karantin müddəti də bitib. Hamı öz işi ilə məşğuldur, amma ehtiyatı əldən vermirlər. Buranın statistikası ilə maraqlanmamışam, amma, demək olar ki, ölüm çox azdır, yox səviyyəsindədir".
Qeyd edək ki, Ziya Rəcəbov "Cakarta" ilə müntəzəm çempionatın qalibi olub. Yarış koronavirus pandemiyası səbəbindən dayandırılıb və pley-off mərhələsi təxirə salınıb.
Derbilərin tamaşaçı sayı açıqlandı
“Bavariya” mövsümdə ilk dəfə xal itirdi
"Ayntraxt"dan Götze ilə bağlı qərar
Millimiz mübarizəni dayandırdı
Azərbaycan derbilərini idarə edən hakimlər
"Rəqibə qol epizodu vermədik" - Rəşad Sadıqov
"Bilmirəm baş hakim qərarını niyə dəyişdi" - Kurban Berdiyev
Azərbaycan derbisinə doğru: Vərəqələr, penaltilər
"Araz-Naxçıvan" “Karvan-Yevlax”a belə qalib gəldi - Video
“Tottenhem” və “Mançester Yunayted” xalları bölüşdürdü
"Oyunla bağlı çox danışmaq istəmirəm" - Elmar Baxşıyev
"Hələ ki idman xoşbəxtliyi bizdən yan qaçır" - Azər Həşimov
“Zirə" - "Turan-Tovuz" : Heyətlər
Millimiz Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq
Azərbaycan derbisi üçün bütün biletlər satıldı
Ançelottidən Neymara məsləhət
"Napoli"nin gözü "Mançester Yunayted"in futbolçusunda
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər
Haaland: "Qvardiola dahidir"
Azərbaycan derbisinə doğru: Futbolçular
"Liverpul" onunla yeni müqavilə imzalayır
Poçettino: "Premyer Liqaya qayıdacağam"
AFFA rəsmisi UEFA-dan növbəti dəfə təyinat aldı
Arda Güler "Real"ın ən yaxşı futbolçusu seçildi
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
Danışıqlar dalana dirənib
Boyük Zəfərin 5-ci ili
Endrik “Real”ı Fransa klubuna dəyişir
“Barselona” “Nou Kamp”a qayıtdı - 894 gündən sonra
Superliqada 12-ci tur start götürüb
"Real" üçün sevindirici xəbər
Ronaldo, Pepe, Fiqu, Silva
"Fiorentina"nın yeni baş məşqçisi müəyyənləşdi
Türk şərhçi “Qarabağ”ın idarəetməsi haqda nə dedi?
FİFA prezidenti "Kayrat"ı təbrik etdi
"Sumqayıt" "Qəbələ"ni belə məğlub etdi - Video
Kaxaber Tsxadadze azarkeşlərdən üzr istədi