“Əlbəttə, vəziyyət fərqli, qeyri-adidir. COVİD-19 virusunun yayılması, bunun pandemiyaya çevrilməsi həyatın, demək olar ki, bütün sahələrinə öz təsirini göstərib. Təbii ki, idman, xüsusilə də, futbol bu baxımdan istisna deyil".
Qol.az-ın məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov koronavirusun futbol yarışlarına təsiri ilə bağlı milli assosiasiyanın rəsmi saytına açıqlamasında deyib. E.Məmmədov hər gün Avropadakı digər milli assosiasiyalarda çalışan həmkarları ilə əlaqə saxladıqlarını və UEFA ilə mütəmadi məsləhətləşmələr apardıqlarını bildirib.
O, həmçinin Peşəkar Futbol Liqası və klubların rəhbərliyi ilə daimi təmasda olduqlarını əlavə edib: "Hadisələrin sonrakı gedişi ilə bağlı adını qeyd etdiyim qurumların təmsilçiləri ilə birgə müxtəlif ssenarilər üzərində düşünürük. Belə vəziyyətlərdə qarşılıqlı əlaqə şəraitində çalışmalı və əlbəttə, ilk növbədə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına əməl etməliyik. Çünki ən vacib məsələ sağlamlığın qorunmasıdır".
AFFA rəsmisi futbolçuların fiziki hazırlıq səviyyəsinin də diqqət mərkəzində olduğunu vurğulayıb: "Təbii ki, yeni qrafikdə fiziki hazırlıqla bağlı dövr nəzərə alınacaq. Hamımız anlayırıq ki, bizim də məxsus olduğumuz Avropa zonasında milli komandaların və bütün digər turnirlərin təqvimində dəyişiklik qaçılmazdır. Hələ ki, səbirli olmalı və gözləməliyik”.
"Qəbələ" fransalı yarımmüdafiəçi aldı - Rəsmi
"Mingəçevir" 6 transferini açıqladı
Yayda ayrıldığı kluba qayıtdı
Eriksen Bundesliqa klubuna keçməyə yaxındır
Millimiz Gürcüstana qalib gəldi
"Neftçi" Şeydayevlə yollarını ayırdı - Rəsmi
Rafinya Boliviya ilə oyundan sonra gileyləndi
"Qəbələ"dən yeni transfer - Rəsmi
Tuhel İngiltərə millisinin tarixinə düşdü
1-ci liqada mövsümün ilk oyunlarının hakimləri açıqlandı
"Beşiktaş"dan yeni transfer
"İnter" bu formalarla oynayacaq - Şəkillər
"Karvan"da iki ayrılıq
Azərbaycanlı futbolçu Xorvatiyada ilk qolunu vurdu
Millimiz Moldovada təlim-məşq toplanışında olacaq
Messi karyerasında ilki yaşadı
Azərbaycan millisi ilə oyundan sonra istefası tələb olunur
"Liverpul"u 3-cü dəfə rədd etdi
"Kəpəz" İlqar Nadiri ilə də yolları ayırdı
Ançelotti: "Məqsədimiz dünya çempionu olmaqdır"
Bölgə klubunun adı və loqosu dəyişdi
Fransa - İslandiya matçındakı 3 qol - Video
Misli Premyer Liqasında 4-cü turun hakimləri açıqlandı
Ukraynalı futbolçu Azərbaycanla oyunu biabırçılıq adlandırdı
Emin Mahmudov: “Yerli məşqçi ilə işləmək daha rahatdır”
Azərbaycan Ukrayna ilə belə heç-heçə etdi - Video
Portuqaliyadan qələbə, Norveçdən 11 qol
Azərbaycan - Ukrayna matçından - Şəkillər
Ronaldonun növbəti uğuru
"Çoxdandır ki, millidə bu ruh görünmürdü" - Ayxan Abbasov
U-21 yığmamızın Bolqarıstanla oyunundan - Video