Bakıdakı Dünya Kuboku yarımçıq dayandırıldı

Bakıdakı Dünya Kuboku yarımçıq dayandırıldı
XƏBƏR 13 Mart 2020 / 22:45 2093
-  A +

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı rəhbər tutularaq, idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının final mərhələləri ləğv olunub.

Qol.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 14 və 15 mart tarixlərində keçirilməsi planlaşdırılan yarış baş tutmayacaq.

Azərbaycan Gimnastika Federasiyasının bu qərarı dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.


Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda