"Liverpul"un 6 illik seriyası qırıldı

"Liverpul"un 6 illik seriyası qırıldı
DÜNYA FUTBOLU 12 Mart 2020 / 18:12 5307
-  A +

“Liverpul”un ev oyunlarındakı məğlubiyyətsizlik seriyası başa çatıb.

Qol.az xəbər verir ki, uzun seriya mersisaydlıların Çempionlar Liqasının 1/8 finalında  “Atletiko”ya 2:3 hesabı ilə uduzmağı ilə qırılıb.

Komanda bütün turnirlər nəzərə alınmaqla öz meydanında 42 oyun uduzmamışdı. “Liverpul” bu oyunlarda 37 qələbə, 5 bərabərlik əldə edib.

Bundan başqa, “Liverpul”  son 6 ildə ilk dəfə avrokuboklarda öz meydanında məğlub olub. İngilislər “Enfild Roud”da sonuncu məğlubiyyəti 2014-cü ilin oktyabrında, “Real”dan almışdı – 0:3.

Son xəbərlər
20.08.25  17:03

"Yuventus"a qayıdır