Kloppla Simeone dirsək-dirsəyə görüşdü - Şəkil

Kloppla Simeone dirsək-dirsəyə görüşdü -  Şəkil
DÜNYA FUTBOLU 12 Mart 2020 / 00:10 4879
-  A +

Çempionlar Liqasının 1/8 finalının “Liverpul”la “Atletiko” arasında hazırda keçirilən cavab matçının startında maraqlı hadisə yaşanıb.

Qol.az xəbər verir ki, komandaların baş məşqçiləri Yurgen Klopp və Dieqo Simeone görüşmək üçün bir-birinə yaxınlaşıb. Lakin onlar son anda koronavirus epidemiyasına görə əllə görüşməməli olduqlarını anlayıblar və bu an maraqlı mənzərə yaranıb. Məşqçilər dirsək-dirsəyə salamlaşıblar.

Xatırladaq ki, UEFA koronavirusa görə avrokuboklarda əllə görüşməyi qadağan edib.


Son xəbərlər