Azərbaycan millisi və “Sabah”ın futbolçusu Ramil Şeydayev Kürdəmirə yollanıb.
Qol.az xəbər verir ki, əslən Kürdəmirdən olan 24 yaşlı hücumçu doğma şəhərində həmyerliləri ilə görüşüb. Kürdəmir şəhər stadionunda keçirilən görüşdən sonra futbolçu müsahibə verib.
- Kürdəmir futboluna hansı töhfəni verə bilərsiniz?
- Kömək etməyə çalışıram. Amma burada ən önəmli amil maliyyədir. İlk növbədə, sponsor olmalıdır. Açığı, indiki məqamda mən bunu edə bilmərəm. Çünki özüm hələ futbolçuyam. Lakin gələcəkdə Kürdəmir futboluna kömək etmək planlarımda var. Rayon komandasının Premyer Liqada oynaması üçün dəstək verməyi düşünürəm.
- Hazırda sizin mənəvi dəstəyiniz daha önəmlidir. Bu gün rayonda istedadlı futbolçuların üzə çıxmaları və yetişmələri üçün onlara nə məsləhət görərdiniz?
- Bunu yalnız sözlər vasitəsilə ifadə edə bilərəm. Bura yenə gələcəyəm. Bilmirəm, bunun nə dərəcədə köməyi dəyəcək. Bəlkə də, bura gəlişim uşaqlar, futbolçular üçün əlavə motivasiya olar. Yavaş-yavaş nələrsə etməyə çalışıram.
- Kürdəmirdə gənclərdən ibarət komanda yaradılsa, onlarla mütəmadi maraqlana bilərsiniz?
- Əlbəttə, Premyer Liqada iştirak etmək üçün komanda yaradılsa, həm maliyyə məsələsində, həm də digər işlərdə kömək edə bilərəm. Hamımız birlikdə nələrsə etməyə çalışacağıq. Düşünürəm ki, indi olmasa da, gələcəkdə bunu edə bilərik.
- Futbol komandasını yaratmaq üçün ilk olaraq nədən başlamaq lazımdır?
- Bayaq da dediyim kimi, əsas məsələ maliyyədir.
- Kürdəmirli gənc futbolçulara nəyi tövsiyə edərdiniz?
- Region Liqasında yaxşı oynamalarını, özlərini göstərmələrini məsləhət görərdim. Komandaya bu turnirdə uğurlar arzu edirəm.
- Kürdəmirlə bağlı hansı xatirələriniz var? Bir dəfə sosial şəbəkə hesabınızda “Bığ” restoranının qarşısında çəkdirdiyiniz fotonuzu paylaşmışdınız...
- Rayona əvvəllər də gəlmişəm. Cəyli kəndində nənə-babamın yanında olmuşam. "Bığ" restoranında isə çay içmişəm. Başqa heç nə xatırlamıram. (Report.az)
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq