"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 20-ci turunda "Sumqayıt" üzərində 5:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:
- Bu hesab bizim üçün də gözlənilməz oldu. "Sumqayıt"ın heyətində yaxşı futbolçular var. Çox təhlükəli komandadır. Həftə ərzində nəyin üstündə hazırlaşmışdıqsa, bu gün futbolçularım onu da göstərdi. Bu da bizi sevindirməyə bilməz.
- "Neftçi" ilə ötən ev oyununda azarkeşlər sizi istefaya səsləmişdi. O şüarlar sanki komandanızı silkələyib.
- Açığı, o istefa şüarlarını normal qarşıladıq. Nəticə olmayanda, azarkeşlərin o cür şüarlar qışqırması normaldır.
-Deyirsiniz ki, həmin hadisənin təsiri olmadı.
- Olmadı. Əvvəldən bilirdik ki, qış fasiləsindən sonra bizə bir az çətin olacaq. İki aparıcı futbolçumuz komandanı tərk elədi və yeni gələnlər adaptasiya prosesi keçdiyi üçün istədiyimiz nəticələri qazana bilmirdik. Vaxt keçdikcə, nəticələrimiz düzəlir. Mən əvvəl də demişəm ki, bu komanda futbol oynamağı bacarır, potensialı var və daha artığını etməyə qadirdir.
- Bir neçə qolda yaxından iştirak edən Klesio Bauku oyunun ən yaxşısı hesab etmək olar?
- Klesio 1 ilə yaxındır komandadır. Onun oyunu bizi və azarkeşləri sevindirməyə bilməz. Bu, hələ Klesonun tam potensialı deyil. O, mən deyərdim ki, çempionatın tapıntısı da ola bilər. Premyer Liqada çıxış edən ən yaxşı futbolçulardan biridir. Onda olan sürət başqa komandaların heç bir futbolçusunda yoxdur.
- Sonuncu qolun vurulduğu penalti epizodunda Nikolas Raysellə Klesio Bauk arasında bir narazılıq yarandı. Raysel onu penaltini yerinə yetirməyə qoymadı.
- Normal haldır. Hücumçuya xas olan bir xüsusiyyətdir. Komanda yoldaşları onu normal qarşıladı.
- Bir qədər əvvəl dediniz ki, bu hesabı gözləmirdiniz. Həm də qeyd etdiniz ki, həftə ərzində nə məşq keçmişdinizsə, onun da nəticəsini gördünüz. Belə çıxmırmı ki, böyükhesablı nəticəni öncədən təxmin etmişdiniz?
- Yenə deyirəm ki, bu hesab bizim üçün gözlənilməz oldu. Düzdür, "Sumqayıt"ı analiz edərkən, bəzi boşluqları görmüşdük və məşqlərdə bunların üzərində işləyirdik.
- Yəqin ki, oyunu Elvin Bədəlovun üzərində qurmuşdunuz.
- Yox (gülür).
- Oyun qurtarıb. Gəlin, indi bunu açıq etiraf edək də…
- Qoy, bu, komandamızın sirri kimi qalsın.
- İviça Zuniçi niyə əvəzlədiniz?
- Bizdə müdafiədə oyunçu qıtlığı var. Ona görə də qərara gəldik ki, İviçanı qoruyaq. Hədəsi o qədər də ciddi deyil.
- Murad Musayevi müdafiənin mərkəzində gördük. Amin Seydiyevi isə öz mövqeyinə qaytarmışdınız. Növbəti turlarda da bu cür yerdəyişmələr görəcəyik?
- Futbolçularım da bilir ki, heç kimə öncədən "11-lik"də oynayacağına qarant vermirik. Həftə üzərində kim özünü məşqlərdə yaxşı tərəfdən göstərirsə, onun da üzərində dayanırıq.
- Bildirdiniz ki, komandanız daha çoxuna layiqdir. Bu "çox" nə deməkdir: Avropa Liqasına vəsiqə, yoxsa Premyer Liqada sonuncu pillədən qurtulmaq?
- Biz Avroliqanı düşünmürük. Sadəcə, qarşıdakı oyuna komandanı hazırlayırıq. Ən maksimum nədirsə, onu əldə etmək istəyirik(sportinfo.az).
"Yeni oyunçular bizə bir neçə titul qazandıracaq"
"Çelsi" onu icarə verməyə yaxındır
"Napoli" Lukakunun yerinə onu nəzərdən keçirir
"Vilyareal" "Çelsi"yə 30 milyona yaxın məbləğ ödəyəcək
"Milan" "Bayer"in oyunçusunu almağa yaxındır
"Qarabağ" onlara ot yoldurdu, həm də öz stadionlarının otunu
"Qalatasaray" "Mançester Siti" ilə anlaşdı
"Real"dan La Liqa tarixinin rekordu
Prezident və xanımı Gəncə stadionunda - Yenilənib+Şəkilıər
"Yuventus"a qayıdır
Azərbaycan 2-ci ıiqasında yeni mövsümün püşkü atıldı
"Real"ın sabiq üzvü "Napoli"yə keçdi
UEFA-dakı parlaq "Qarabağ" statistikası
"Roma"dan yeni transfer
"Fənərbaxça" hücum xəttini gücləndirdi
1-ci liqada yeni mövsümün püşkü atıldı
"İki top fərqi dünyanın sonu deyil" - Barnabas Varqa
Kevin Trapp Fransaya qayıtdı
Xabi Alonso Arda Güleri təriflədi
Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artıb
Rövşən Nəcəfdən "Qarabağ"a təbrik
Azərbaycan Premyer Liqasında 10 il sonra ilk dəfə
Salahdan tarixi rekord
“Qarabağ” bu göstəricilərdə Çempionlar Liqasında liderdir!
“Musanın qoluna xüsusən sevindim” - Tahir Gözel
"Real" mövsümə qələbə ilə başladı
Budapeşt zəfəri - Video
Çempionlar Liqasında pley-off başladı
"Qarabağ"dan Macarıstanda möhtəşəm qələbə
Azərbaycan millisi Monteneqroya qalib gəldi
"Zirə" - "Araz-Naxçıvan" oyunundan - Video
"Daha yaxşısını etmək olardı" - Elmar Baxşıyev
Budapeştdə “Qarabağ”a möhtəşəm dəstək - Şəkillər
"Zirə" "Araz-Naxçıvan"la bərabərə qaldı
"Qarabağ" "Ferensvaroş"la oyuna bu heyətlə çıxır