"Başakşehir"in Avroliqa oyunu azarkeşsiz keçiriləcək

"Başakşehir"in Avroliqa oyunu azarkeşsiz keçiriləcək
DÜNYA FUTBOLU 6 Mart 2020 / 17:00 3910
-  A +

Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə) matçı azarkeşsiz oynanılacaq.

Qol.az xəbər verir ki, bu barədə Danimarka klubunun rəsmi saytı məlumat yayıb. Koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün bu qərar verilib.

"Kopenhagen"  - "Başakşehir" matçı martın 12-də Kopenhagendə olacaq.

Xatırladaq ki, Çempionlar Liqasının 1/8 final mərhələsində "Valensiya” - "Atalanta" və Avropa Liqasının 1/8 final mərhələsinin "İnter" - "Xetafe" oyunları da eyni səbəbdən azarkeşsiz keçiriləcək.

Son xəbərlər