Bu gün Futbol Veteranları İttifaqının təşəbbüsü ilə Bakı Biznes Mərkəzində veteran futbolçularla görüş keçirilib.
Qol.az xəbər verir ki, görüş media üçün qapalı keçirilib. AFFA-nın rəsmi saytının yaydığı şəkillərdən görünür ki, görüşə Azərbaycanın bir çox futbol veteranı dəvət ediib. Onların sırasında son aylar federasiyaya müxalif mövqedə duran Nazim Süleymanov və Samir Ələkbərov da olub.
Yayılan rəsmi açıqlamada yalnız o bildirilib ki, görüşdə AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədov, vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayev, İsgəndər Cavadov və ittifaqın sədri Oqtay Abdullayev iştirak ediblər. Əvvəlcə ötən dövrdə dünyasını dəyişən veteran futbolçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan O.Abdullayev görüşün əhəmiyyətindən bəhs edib. Daha sonra AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədov çıxış edərək AFFA rəhbərliyinin veteran futbolçulara daim qayğı və həssaslıqla yanaşdığını, bundan sonra da onların problemlərinin həlli istiqamətində çalışacaqlarını bildirib. Daha sonra İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov, Kazbek Tuayev və Vaqif Sadıqov çıxış ediblər. Veteran futbolçular onları qayğılandıran məsələlərdən bəhs edib, təkliflərini bildiriblər.
Görüşdə veteran futbolçuların statusu ilə bağlı əsasnamənin hazırlanması məsələsi də müzakirə olunub.
"İnter"dən yeni transfer
"Sumqayıt" "Qarabağ"a belə qalib gəldi - Video
"Bu məğlubiyyətin faydası olacaq" - Qurban Qurbanov
"Mən çempion olmaq istəyərdim" - Saşa İliç
"İmişli" - "Neftçi" matçından - Video
"Oyunçuların gözündə qələbə istəyi var" - Samir Abasov
Samir Abasovu şoka salan ağlasığmaz epizod - Video
"Qarabağ" - "Sumqayıt" : Heyətlər
Millimizin Ukrayna ilə oyununun yeri dəyişdirildi
Azərbaycanın U-17 millisinin oyunlarının vaxtı müəyyənləşdi
"Çelsi"dən La Liqa klubuna - Rəsmi
"İmişli" - "Neftçi": Heyətlər
"Qarabağ"dan ayrılan Veşoviçin yeni klubu açıqlandı
"Vest Hem"in futbolçusu "Fənərbaxça"ya keçdi - Rəsmi
"Qalatasaray" Nelsonu icarəyə verdi
"Bavariya"dan PSV-yə
Qadın futbolunda yeni transfer rekordu
"Mançester Siti" Ruben Diaşla müqaviləni uzatdı
Azərbaycanda oynayırdı, Rumıniya klubuna keçdi
Dzeko 21-ci əsrin "10-luğ"unda
Məsiyev Riera və 7 futbolçuya sarı vərəqə göstərdi
"Beşiktaş"ın pley-offdakı heç-heçəsi - Video
Arda Turan: "Turu keçmək üçün hər şey edəcəyik"
"Tottenhem"in futbolçusu üçün il başa çatdı
"Yuventus"un futbolçusu Premyer Liqa klubuna keçdi
Əliyar Ağayev Moyze Kini meydandan qovdu - Video
Millimizin üzvü Konfrans Liqasında növbəti oyuna çıxdı
U-17 millimiz Monteneqroya uduzdu
Avroliqada gecənin nəticələri
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Qəbələ" yoxlama oyununda qalib gəldi
"Liverpul" danışıqları sürətləndirdi